Çərşənbə axşamı, 07 May

Britaniya kəşfiyyatı: "Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var"

image

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik var”.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun bu günlərdə Ukraynadakı təmas xəttinə səfəri barədə video yayılıb: “Videonu Rusiya Müdafiə Nazirliyi yayıb. Daha əvvəl Priqojin də cəbhə xəttində olmuş, döyüşçülərlə görüşmüşdü. Çox güman, Şoyqunun səfəri və onun yayılan videosu Priqojinə cavabdır”.

Məlumata görə, həmin videodan başa düşülür ki, Şərq Hərbi Dairəsinin komandiri, general-polkovnik Rüstəm Muradov da Şoyqu ilə birlikdə təmas xəttində olub: “Muradov Donetsk vilayətinin Uqledar istiqamətindəki duruma cavabdehdir. Son üç ayda bu istiqamətdə bir neçə uğursuz hücum olub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58